14:25 Oxunub: 208

"Onu 20 il izləmək yanlış idi" - Alleqri

"Onu 20 il izləmək yanlış idi" - Alleqri

“Yuventus”un sabiq baş məşqçisi Massimilano Alleqri italiya mətbuatına müsahibəsində “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola haqda da danışıb.

Qol.az xəbər verir ki, ispaniyalı məşqçinin “Barselona”dakı uğurlu dönəmlərindən danışan Alleqri hamının onu təqlid etmək istəməyinin düzgün olmadığını deyib:

“20 il Pep Qvardiolanı izlədik. Bu, yanlışlıq idi. Düzdür, Qvardiolanın futbolu bir istisna idi, onun futbolu hər kəsə aid deyildi. Onun tarixə düşən “Barselona”sı rəqibə pressinq edən, öz cərimə meydançasına sıxan üç yaxşı futbolçu ilə birgə doğulmuşdu. Amma bunun üçün daim İnyesta, Xavi və Messi kimi futbolçuya sahib olmalısan. Onların etdikləri xüsusi bir şey idi. Biz isə bunu hamının etməsini istədik”.

Xatırladaq ki, Alleqri "Yuventus"la 5 dəfə İtaliya A Seriyasını qalibi olub.
XƏBƏR LENTİ