17:31 Oxunub: 116

HACI GÜLAĞA ABIŞOV ÖZ PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ DİQQƏT ÇƏKƏN VƏTƏNPƏRVƏR İŞ ADAMIDI

HACI GÜLAĞA ABIŞOV ÖZ PEŞƏKARLIĞI VƏ QAYĞIKEŞLİYİ İLƏ DİQQƏT ÇƏKƏN VƏTƏNPƏRVƏR İŞ ADAMIDI
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, "El-Plastik" MMC-nin rəhbəri Hacı Gülağa Abışov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan.
"El-Plastik" MMC-nin rəhbəri Hacı Gülağa Abışov haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla!
Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri–nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
"El-Plastik" MMC-nin rəhbəri Hacı Gülağa Abışovun məram və məqsədi isə tamamilə fərqlidir.
Dövlət və dövlətçilik naminə!
Xalq və Vətənə naminəvi xidmət!
“Mən xalqımın xidmətçisiyəm”!
– Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" "El-Plastik" MMC-nin rəhbəri Hacı Gülağa Abışovun haqqında yazmağa,onu tərifləməyə, xalqa tanıtmağa əslində ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Hacı Gülağa Abışov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən sahibkardır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Hacı Gülağa Abışov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Haqqında bəhs etdiyim insan bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Həqiqət budur ki, Hacı elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan sahibkardır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
O da hər kəsə bəllidir ki, Hacı Gülağa Abışov yüksək savada və dünyagörüşə malik olan vətənpərvər iş adamıdı. Məhz, belə bir səbəbdəndir ki,o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Hacı Gülağa Abışov məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Hacı Gülağa Abışovun rəhbər olduğu şirkət haqqında qısa arayış: "El PLASTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti 20 ildən artıqdır ki, plastik məhsulların istehsalçıları arasında lider olmaqdadır. Məhsulların yüksək keyfiyyətlə istehsal edilməsi, sifarişlərin vaxtında icrası, sərfəli qiymətlər, yüksək keyfiyyətli servisin göstərilməsi, istehlakçılara diqqətli və etibarlı yanaşma müəssisənin şüarı və müvəffəqiyyətinin rəhnidir. Müasir Dünya və Avropa avadanlıqlarından istifadə edilməsi, mütərəqqi texnologiya və üsulların tətbiqi istehsalı çevik və sürətli etməklə yüksək keyfiyyətli, az məsrəfli və rəqabət qabiliyyətli məhsul istehsal etməyə imkan verir.
Kənd təsərrüfatı və tikintidə istifadə edilən polietilen örtüklərin, kənd təsərrüfatı məhsulları üçün kisələrin, istidaraldıcı örtüklərin, sadə və flesko çap üsuli ilə paket və torbaların, plastik qabların, manikenlərin, ərzaq və qeyri ərzaq, maye, dənəvər məhsullar üçün tutumların və müxtəlif diametrli və təyinatlı plastik boruların istehsalı müəssisənin əsas fəaliyyət istiqamətləridir.
"El PLASTİK" MMC MDB, Almaniya, Türkiyə, İran, Macarıstan, Çin, Koreya və BƏƏ kimi ölkələrin firmaları ilə sıx əlaqələri daima genişləndirilməkdədir. 2000 –dən artıq ,o cümlədən, "Azərsun Holdinq", "Paşa Holdinq", "Nurgün Holdinq", "Norm" MMC, "Basf", "Palsüd"MMC, "Atena"MMC, "İnter Textil", "Baltika Baku" MMC, "Coca-Cola Bottlers", "Aqua-Vita", "Embawood mebel", "Mətanət A", "Oriflame", "FAB boya"MMC, Sobsan boyaları, "Sevimli dad", "Göyçay süd" SC, " Bərdə süd zavodu", "Aznar" MMC, və digər tanınmış istehsalçı və ticarət subyektləri ilə səmərəli əməkdaşlıq edilir. Sifarişçilərlə səmimi əməkdaşlıq münasibətlərinin yaradılması, daimi yüksək keyfiyyətli məhsul istehsalı, çevik ödəmə şərtləri, birbaşa əlaqənin olması, məhsulun ünvana çatdırılması müştərilərimizə ən sərfəli şərtlərlə xidmət göstərməyə imkan yaradır.


Təsisçi və baş redaktor: Şakir Çalabağlı
Tel: (+99470) 249-34-14
XƏBƏR LENTİ