12:31 Oxunub: 438

44 günlük müharibədə tarix yazan Azərbaycan

44 günlük müharibədə tarix yazan Azərbaycan

Artıq ermənilər indiyədək özgə torpağında yaşadıqlarını və sonuncu gedişləri olduğunu daha yaxşı anlamağa başlayıblar. Məhz, son gedişlərində isə evləri sanki qarət edirmişlər kimi davranırlar. Belə bir çirkin addımlar bir daha onu göstərir ki, erməni tərəfi hər cür cür qanunsuzluqları ilə tarixən etnik ayrıseçkilik, iqrçilik və s. humanizmə sığmayan fərdlər olduqlarını isbatlayırlar: “Başqa tərəfdən, ermənilərin 27-28 il boyunca qanunsuz yaşadıqları evlərdən sökdükləri qapı- pəncərə çərçivələrini və aparılması mümkün olan digər bütün vasitələri daşımaları, daşıya bilmədiklərinə isə od vurub-yandırmaları artıq dünya miqyasında onların kimlikləri, necə bir rüsvayçı “mədəniyyətə” malik olmaları barədə əsl gerçəklikləri nümayiş etdirdi. Bütün bunlar onu da isbat edir ki, hələ birinci Qarabağ müharibəsi zamanı işğala məruz qalmış torpaqlarımızda mədəniyyət irsimizi, tarixi abidələrimizi, dini ocaqlarımızı, məscidlərimizi, pirlərimizi, dədə-baba məzarlıqlarımızı dağıdan, təhqirlərə məruz qoyan ermənilər ötən müddət ərzində bir qram da olsun dəyişməyiblər. Çünki onlar əsrlərdir ki, dəyişmirlər və dəyişməyəcəklər də. Mən sosial şəbəkədə gördüyüm bir faktı qeyd etmək istərdim. Bir erməni məktəbli qızı oxuduğu məktəbin divarlarında azərbaycanlılara qarşı təhqir və qarğış ifadələrini qeyd edir. Yəni, bu erməni ailəsində böyüyən hər uşağa azərbaycanlılara qarşı təbliğ edilən nifrətin göstəicisidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu barədə dəfələrlə çıxışlar edib və bildirib ki, “işğaldan azad edilmiş kəndlərimizdə, obalarımızda binalar, evlər tamamilə dağıdılıb. Biz Ağdamın necə ruhlar şəhərinə döndərildiyini, Cəbrayılın və s. bölgələrimizin necə viran edildiyini də müşahidə edirik. Əlbəttə, bütün bunlar müvafiq dövət qurumlarımız tərəfindən qeydə alınır və söz yox ki, düşmən həmin əməllərinə görə məsuliyyət daşıyır və hüquqi çərçivədə müəyyən ediləcək, hesablanacaq təzminatlarını ödəmək məcburiyyətindən yaxa qurtara bilməyəcək”. Ümumiyyətlə, erməni tərəfindən hər hansı bir humanizm addımını, qanunlara, qaydalara, qərarlara hörmət bəslədiyini elə də ciddi şəkildə gözləməyə dəyməz. 44 gün davam edən Vətən müharibəsi dövründə üç dəfə qəbul olunmuş humanitar atəşkəsin hər biri cəmi bir neçə dəqiqə sonra işğalçılar tərəfindən pozuldu, mülki insanlarımız hədəfə alındılar. Hətta, döyüş meydanlarında qalmış cəsədlərin dəyişdirilməsi yöndə Azərbaycan tərəfinin verdiyi birtərəfli təklif mənfur düşmən tərəfindən qəbul olunmadı və belə bir faktlar ermənilərin qeyri-humanist davranışlarının bariz sübutları oldu.

Azərbaycan Silahlı Qüvvələrinin ötən il 44 gün ərzində DQ-da və ətraf ərazilərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları müzəffər ordumuzun haqq mübarizəsi idi. Yəni, qeyd olunan müddət ərzində itirilmiş torpaqlarımız geri qaytarıldı və mənfur düşmənə sarsıdıcı zərbələr endirdi. Cəbhə bölgəsində məğlub olduqlarını açıq-aşkar şəkildə təsdiq etməyə məcbur olan düşmən ölkədə fərarilik, anarxiya, xaos baş alıb getdi. Bütün bunlar onu söyləməyə əsas verirdi ki, nadan, savadsız və erməni xalqını uçuruma sürükləyən Nikol Paşinyan, heç bir halda hansısa uğura nail ola blməyəcək. Çünki, müzəffər Azərbaycan ordusu 44 gün ərzində “məğlubedilməz erməni” mifini altüst etdi və düşmən ölkənin əsl xisləti aşkara çıxarıldı. Bir anlığa diqqət yetirək ki, cəbhə bölgəsində Azərbaycan ordusunun müqavimətinə heç cür duruş gətirə bilməyən erməni ordu birləşmələri, 27 sentyabrdan 10 noyabra kimi mülki insanları ağır artilleriya qurğularından atəşə tutmaqda davam etdilər. Bu da birbaşa erməni faşizmi, erməni barbarlığı demək oldu və Ermənistan atdığı bu cür addımları ilə, məhz özünün terrorçu dövlət olduğunu bir daha sübuta yetirdi. Baş verən belə bir olayların fonunda Azərbaycan haqq səsini bütün dünyaya çatdırsa da, təəssüflər olsun ki, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlər, BMT, Avropa Birliyi, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyib konkret mövqelərini ortaya qoymadılar və işğalçı ölkəyə lazımi təzyiq də göstərmədilər. Onu da yada salaq ki, BMT-nin Təhlükəsizlik Şurası işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın işğalçı ordu birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair 12 noyabr 1993-cü ildə 884 saylı, 30 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı və 14 oktyabr 1993-cü il tarixdə isə 874 saylı Qətnamələri təsdiq etsə də, həmin qətnamələr icra olunmadı və icra olunmamasının müəyyən səbəbləri də oldu. Bütün bunlara baxmayaraq, 27 sentyabrdan 10 noyabra kimi müzəffər Azərbaycan ordusu DQ-da və onun ətraf ərazilərində uğurlu döyüş əməliyyatları həyata keçirməklə, məhz BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələri təkbaşına yerinə yetirdi və atdığı addımları ilə “canlı tarix” də yazdı. Bu yöndə atılan addımlar onu sübut etdi ki, Silahlı Qüvvələrimiz dünyanın ən nüfuzlu və mötəbər bir qurumunun həyata keçirməli olduğu vəzifəni təkbaşına, qətiyyətli iradəsi və döyüşkənliyi sayəsində yerinə yetirdi. Bununla da Azərbaycan ordusu öz gücünü və hansı iradəyə qadir olduğunu bütün dünyaya sübut etməyi bacardı. Sözsüz ki, son 44 gün ərzində həyata keçirilən döyüş əməliyyatlarında uğur qazanmağımız, birbaşa xalqın iqtidarla, Ali Baş Komandanla birlikdə olması, xalq ordu birliyinin vəhdəti oldu.

Onu da vurğulayım ki, ölkə rəhbəri cənab İlham Əliyevin müdrik idarəçiliyi, hər an qətiyyətli iradəsini ortaya qoymaq bacarığı, hər addımda xalqımızın, dövlətimizin ümumilli maraqlarını öndə tutması və s. kimi addımları, məhz birbaşa qələbəmizi şərtləndirən əsas amillər oldu. Odur ki, ərazilərimizin bütövlüyünün təmin olunması uğurunda yaralanan hər bir zabit və əsgərimizə şəfa diləyib, şəhid olanlara o böyük Allah-Təala rəhmət eləsin deyirəm!. Nə qədər çətin olsa da, biz hər bir ağrı-acıya dözməli və qürurlu iradəmizi düz tutmağı da bacarmalıyıq. Çünki, hər qarış torpağımız bizim üçün əzizdir, bizim üçün doğmadır.

Bundan əlavə, Azərbaycan tərəfinin 44 ərzində əldə etdiyi parlaq qələbə, məhz hərb tariximizin şanlı səlnaməsi oldu. Belə bir qələbə münasibətilə başda cənab İlham Əliyev olmaqla xalqımızı, hər bir zabit və əsgərimizi, Azərbaycanın haqq işini müdafiə edən qüvvələri ürəkdən təbrik edirəm, hər kəsə firəvan həyat, sülh, əmin-amanlıq arzulayıram.

Şikarov Hikmət Məzi oğlu
Şamaxı rayon İcra Hakimiyyəti Başçının birinci müavini
XƏBƏR LENTİ