10:47 Oxunub: 41

Bacısı qızının toyuna gedən şəxs vəfat etdi

Bacısı qızının toyuna gedən şəxs vəfat etdi
Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat edib.

Azerbaycaninsesi.com.az Report-a istinadən xəbər verir ki, Cəlilabad rayonu, Qarayar kənd sakini, 1976-cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkəranda bacısı qızının toyunda olarkən özünü pis hiss edib.

O, yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi xidmətlər göstəriblər. Buna baxmayaraq, S.Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ