
10:36 Oxunub: 35
Terror Avropada qırğınlara səbəb olacaq - Mask

"X", "Tesla" və "SpaceX"-in və ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.
Azerbaycaninsesi.com.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
O qeyd edib ki, terror Avropada qırğınlara səbəb olacaq:
"Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik. Media bu cür hücumlar təhlükəsini susdurmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu tendensiyadır".