15:33 Oxunub: 147

Laçında ermənilərlə əlbəyaxa dava olub?

Laçında ermənilərlə əlbəyaxa dava olub?
Bir neçə gün əvvəl Zəngəzurun Teğ kəndi ərazisində azərbaycanlılarla ermənilər arasında əlbəyaxa dava olduğu bildirilir.

“Azərbaycaninsəsi İnformasiya agentliyi ” xəbər berir ki, “hraparak”ın iddiasına görə, Azərbaycan əsgərlərinin Ermənistanın bayrağını yaxından görmək istəməmələri davaya səbəb olub.

“Yerli sakinlərdən biri əlbəyaxa döyüşün səbəbini danışaraq bildirib ki, azərbaycanlılar Teğ otlaqlarını ələ keçirdikdən, istehkamlar tikməyə və üzərində Azərbaycan bayraqları olan postlar qurmağa başlayandan sonra erməni hərbçiləri də bunu etdilər. Azərbaycanlılar əsgərlərimizə Ermənistanın bayraqlarını yaxından görmək istəmədiklərini bildiriblər və onlardan uzaq məsafədə quraşdırmağı əmr ediblər”, -“hraparak” yazıb.
XƏBƏR LENTİ