21:54 Oxunub: 240

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar

İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Ermənistandan quru yolu ilə Tbilisiyə gələn atletlər Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından “Buta Airways” aviareysi ilə Vətənə yola salınıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da hava limanına gələrək atletlərlə görüşüb, onları yola düşənədək müşayiət ediblər.

Qeyd edək ki, azərbaycanlı atletləri təhlükəsizlik məqsədilə Ermənistandan Tbilisi hava limanınadək Ermənistandan 5 nəfər müşayiət edib.

15:37

İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq Gürcüstandadırlar.

Azerbaycaninsesi inforrmasiya agentliyi-nın xəbərinə görə, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev verib.

Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana daxil olub.

“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları Vətənə çatdıracaq”, - Q.Mehdiyev deyib.

14:50
Ermənistanda ağır atletika üzrə Avropa çempionatında iştirak etməli olan Azərbaycan idmançıları artıq İrəvanı tərk ediblər.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan idman nazirinin müavini Karen Giloyan Azərbaycan idmançılarının artıq sərhəddən keçdiklərini bildirib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.
XƏBƏR LENTİ