16:50 Oxunub: 167

Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO

Türkiyə çempionatı oyunundan əvvəl futbolçular arasında dava düşdü – VİDEO
Türkiyə II Liqasında keçiriləcək “Bursaspor” – “Amedspor” oyunundan öncə qalmaqal yaşanıb.

Azerbaycaninsesi.com.az xəbər verir ki, qonaq komandanın futbolçuları isinmə hərəkətləri üçün meydana daxil olarkən ev sahibi azarkeşlər onlara qarşı şüarlar səsləndirib.

Oyunçuların bəzilərinin əks-reaksiya verməsi ilə məsələ böyüyüb və iki komandanın futbolçularının davasına çevrilib.

Hadisələrə mühafizə xidmətinin əməkdaşları müdaxilə etməli olub. Bununla bağlı görüntülər “Amedspor”un sosial şəbəkə hesabında paylaşılıb.

Ötən gecə də bir qrup şəxs “Amedspor”un qaldığı hotelin qarşısında fişənglər ataraq millətçi şüarlar səsləndirib.
@oxuaznews
t.me/oxuaznews
/35144
XƏBƏR LENTİ