12:57 Oxunub: 88

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub”

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub”
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin inşa etdiyi güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq, gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O qeyd edib ki, ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib:

“Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Cənab Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət olaraq beynəlxalq nüfuzunu son 20 ildə əhəmiyyətli dərəcədə möhkəmləndirib və Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib”.

Millət vəkili bildirib ki, Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Azərbaycanın mükəmməl inkişaf modelini hazırlayaraq həyata keçirdi və qarşıya qoyulan hədəflərə nail olundu:

“Azərbaycan iqtisadiyyatında sürətli inkişaf dövrü başladı və iqtisadi artım hər il 11-15 faiz yüksəldi. 2003-cü ildə ÜDM-in həcmi 7,1 milyard manat təşkil edirdisə, son 20 ildə 14,8 dəfə artaraq 134 milyard manata çatıb. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,2 milyard manat idisə, hazırda 35,8 milyard manata yüksəlib. 20 il əvvəl strateji valyuta ehtiyatları 1,5 milyard ABŞ dolları təşkil edirdisə, indi bu rəqəm 67 milyard ABŞ dollarını ötüb. 2003-2023-cü illərdə Azərbaycana ümumilikdə 300 milyard dollardan çox investisiya qoyulub. Azərbaycan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində dünyanın ən etibarlı, sözü qəbul edilən ölkəsinə çevrilib. Onun təşəbbüskarlığı sayəsində Cənub Qaz Dəhlizi layihəsi TANAP və TAP qaz kəmərləri reallığa çevrilib. Eləcə də ölkəmizin beynəlxalq tranzit potensialını gücləndirən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri istifadəyə verilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla Azərbaycanın neçə əsrlik problemi olan erməni işğalına son qoydu. 30 ildən sonra Azərbaycan Bayrağının işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanmasına nail olub. Hazırda Prezidentin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri uğurla davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir. Sentyabrın 20-də isə antiterror əməliyyatları ilə erməni silahlı birləşmələrini, separatçıları tamamilə Qarabağdan qovmaqla ərazi bütövlüyümüzü və legitim suverenliyimizi tamamilə bərpa etdi və Müzəffər Ali Baş Komandan son 200 illik tariximizdə ərazilərini itirən Azərbaycanın torpaqlarını işğaldan azad edən qalib sərkərdə kimi adını tarixə əbədi yazdırıb”.

Aysel Aslan
XƏBƏR LENTİ