11:57 Oxunub: 265
PSJ 1/8 finala yüksəlib, “Qalatasaray” böyük hesabla uduzub
Çempionlar Liqasında IV tur başa çatıb.
APA -nın məlumatına görə, ikinci oyun gününün son 6 qarşılaşması baş tutub.
Qonşu Türkiyənin çempionu “Qalatasaray” İspaniyada “Real”ın qonağı olub. Turnirin startında uğursuz çıxış edən “Kral klubu” bütün acığını “sarı-qırmızılar”dan çıxıb. İlk 14 dəqiqədə 3 qol vuran Madrid təmsilçisi sonra daha üç dəfə fərqlənərək İstanbul klubunu darmadağın edib. A qrupunun digər oyununda “Brügge”ni yenən PSJ isə ardıcıl 4-cü qələbə ilə 1/8 finala vəsiqəni təmin edib.
“Tottenhem” “Srvena Zvezda”nı məğlub edərək B qrupunun 2-ci pilləsində möhkəmlənib. D qrupundan 1/8 finala çıxmaq şansı olan “Atletiko” səfərdə “Bayer”ə uduzub.
C qrupunda iki görüş baş tutub. “Mançester Siti” səfərdə “Atalanta” ilə görüşdə xal itirib - 1:1. “Dinamo” Zaqrebdə “Şaxtyor”la heç-heçə edib.
Beləliklə, 1/8 finala vəsiqə qazananların sayı 3-ə çatıb. PSJ-ə qədər “Yuventus”la “Bavariya” da ilk iki yerdən birini təmin edib.
Qeyd edək ki, V turun oyunları noyabrın 27-28-də keçiriləcək.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
7 noyabr
A qrupu
00:00. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 6:0
Rodriqo, 4, 7, 90, Ramos, 14 (pen.), Benzema, 45, 81
00:00. PSJ (Fransa) – “Brügge” (Belçika) – 1:0
İkardi, 22
1
PSJ
4
4
0
0
10-0
12
2
Real
4
2
1
1
9-5
7
3
Brügge
4
0
2
2
2-8
2
4
Qalatasaray
4
0
1
3
0-8
1
B qrupu
00:00. “Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə) – 0:4
Lo Selso, 34, Son, 57, 61, Eriksen, 85
1
Bavariya
4
4
0
0
15-4
12
2
Tottenhem
4
2
1
1
13-9
7
3
Srvena Zvezda
4
1
0
3
3-13
3
4
Olimpiakos
4
0
1
3
5-10
1
C qrupu
00:00. “Dinamo” (Z, Xorvatiya) – “Şaxtyor” (Ukrayna) – 3:3
Petkoviç, 25, İvanuşets, 83, Ademi, 89 – Patrik, 13, Dentinyo, 90, Tete, 90+6 (pen.)
00:00. “Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Paşaliç, 49 - Sterlinq, 7
1
Mançester Siti
4
3
1
0
11-2
10
2
Dinamo
4
1
2
1
9-7
5
3
Şaxtyor
4
1
2
1
7-9
5
4
Atalanta
4
0
1
3
3-12
1
D qrupu
00:00. “Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) – 2:1
Tomas, 41 (avtoqol), Voland, 55 – Morata, 90
1
Yuventus
4
3
1
0
9-4
10
2
Atletiko
4
2
1
1
6-4
7
3
Lokomotiv
4
1
0
3
4-7
3
4
Bayer
4
1
0
3
3-7
3
15:06