14:11 Oxunub: 262

Əmrə Can nəyə qəzəblənib?

Əmrə Can nəyə qəzəblənib?

“Yuventus”un yarımmüdafiəçisi Emre Canın adı Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilməyib.

Qol.az xəbər verir ki, 25 yaşlı türk əsilli futbolçu “Bild” nəşrinə müsahibəsində baş məşqçi Mauritsio Sarrinin bu qərarına təəccübləndiyini deyib:

“Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim cəmi 1 dəqiqə davam etdi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi. Bu məni həm qəzəbləndirdi, həm də məyus etdi. Keçən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra "Yuventus"la bu barədə bir daha danışacam. Mənə PSJ-dən təklif var idi, amma mən “Yuventus”da qalmağı seçdim. Çempionlar Liqasında oynamağım şərtdir”.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2018-ci ildə “Liverpul”dan “Yuventus”a keçib.
XƏBƏR LENTİ