14:36 Oxunub: 205

Rusiya Prezidenti hazırda həbsdə olan Koçaryanı təbrik edib

Rusiya Prezidenti hazırda həbsdə olan Koçaryanı təbrik edib
Rusiya Prezidenti Vladimir Putin hazırda həbsdə olan Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryanı 65 illik yubileyi münasibətilə təbrik edib. AZƏRTAC xəbər verir ki, bu məlumatı erməni KİV-ləri Koçaryanın dəftərxanasına istinadla yayıblar. Təbrik məktubu Rusiya Prezidentinin rəsmi saytında da yerləşdirilib.

Təbrik məktubunda Koçaryanın Ermənistanın inkişafına, “Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verdiyi” qeyd edilib. Ermənistanın sabiq prezidentinin Rusiya ilə əlaqələrin genişlənməsinə də töhfəsini vurğulayan V.Putin ona dözüm arzulayıb.

Konstitusiya quruluşunu devirməkdə ittiham olunan Koçaryanı işğal olunmuş Azərbaycan ərazisində qanunsuz elan edilmiş qondarma “Qarabağ respublikasının” başçısı Bako Saakyan və sabiq prezident Serj Sarkisyan da təbrik ediblər. Ermənistandakı gərgin siyasi çəkişmələr fonunda hakimiyyət cəbhəsindən bu yubileylə bağlı münasibət olmayıb.
XƏBƏR LENTİ