09:08 Oxunub: 317

Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu ünvanlayıb.

Azerbaycaninsesi.com AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
XƏBƏR LENTİ