11:48 Oxunub: 247

Prezident sinqapurlu həmkarını təbrik etdi

Prezident sinqapurlu həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti xanım Həlimə Yaquba təbrik məktubu imzalayıb.
"Ölkə.Az"ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,
Sinqapurun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".
XƏBƏR LENTİ