16:15 Oxunub: 240

Bazar gününün havası BELƏ OLACAQ

Bazar gününün havası BELƏ OLACAQ

ETSN iyunun 16-da gözlənilən hava şəraiti haqqında məlumatı təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Günəşli. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti,

Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti təşkil edəcək.
XƏBƏR LENTİ