09:53 Oxunub: 272

8 km yüksəklikdə orqanizmlə nələr baş verir?

8 km yüksəklikdə orqanizmlə nələr baş verir?

Hələ ötən həftə, Everest dağına çıxmağa cəhd edən alpinistlərdən 11 nəfər həyatını itirib.

Azerbaycaninsesi.com deyerler.org-a istinadən bildirir ki, belə hallar, ötən on ilə nisbətdə daha çoxalıb. Bütün bunlara havanın qeyri sabit keçməsi, alpinistlərin təcrübəsizliyi, cığırlarda basırıqların və tıxacların olması, operatorlar arasında yaranan rəqabət səbəb olur. Bunlara rəğmən, bunun bircə əsas səbəbi var, bu da orqanizmin belə şəraitə öyrəşməməsidir.

8 km yüksəklikdə orqanizmlə nələr baş verir

Dağın zirvəsinə qalxdıqca nəfəs daralır. Dəniz səviyyəsindən 8000 metr hündürlükdə "ölü ərazi" başlayır. Sözün əsl mənasında həyat göstəricilərinin aşağı enməsi baş verir. Kəskin oksigen çatışmazlığı insult və ya ürək tutması riskini artırmaqla yanaşı, hissiyyatı qat-qat aşağı salır. Bu da vəziyyəti qiymətləndirərək düzgün qərar çıxarmağa mane olur.

İnsan oranizmi üçün ən əlverişli şərait dəniz kənarında, dəniz səviyyəsindən çox hündür olmayan şəhərlərdə yaşamaqdır. Müqayisə üçün Londonun dəniz səviyyəsindən 20, Moskvanın 130, Nyu-Yorkun isə 57 metr yüksəklikdə yerləşdiyini qeyd etmək olar.

Yüksəkliyə qalxdıqca təzyiq azalır, nəfəs alma zamanı oksigen ciyərlərə az daxil olur. 3600 metr hündürlükdə orqanizmdə oksigen aclığı başlayır. Siz nəfəs almağın çətinləşməsini hiss etmirsiz, lakin sizdə dağ xəstəlikləri hesab olunan zəiflik, ürəkbulanma, baş gicəllənmə və qıcıqlanma əlamətləri başlayır. "Ölü ərazi" hesab olunan yerdə oksigen o qədər azdır ki, xusisi avadanlıq olmadan nəfəs almaq praktiki olaraq mümkün deyil.

8 km yüksəklikdə orqanizmlə nələr baş verir

8000 metr yüksəklikdə olan alpinistlərdən analizlər götürülmüşdür. Onların qan göstəriciləri normadan dörd dəfə aşağı olması qeyd olunmuşdur.

Belə göstəricilər adətən ölüm ayağında olan xəstələrdə müşahidə olunur. Bu barədə 2007-ci ildə Everesti fəth etmiş həkim Ceremi Vinzdor danışır. Orqanları adəti üzrə oksigenlə təmin etmək üçün ürək tez-tez döyünməyə başlayır. Bu halda nəbz vurması dəqiqədə 140-a çatır. Belə olduqda ilsult və ya infarkt riski artmış olur. Everestə yollanmamışdan öncə, alpinistlər orqanizmlərini tədricən oradakı şəraitə öyrəşdirirlər.

Prinston Universitetinin mütəxəssisləri, əvvəlcə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə olan dağlara, və gün ərzində 300 metrə qədər yüksəkliyə qalxmamağı məsləhət görür. Oksigen aclığını təmin etmək üçün orqanizm intensiv olaraq qanın qırmızı hüceyrələrini, hemoqlobin istehsal etməyə başlayır. Bu səbəbdən qan qatılaşaraq, ürəyə təzyiq daha da artmış olur.

8 km yüksəklikdə orqanizmlə nələr baş verir

"Ölü ərazi"də alpinistlərin bəziləri ayıqlığını, dərkini itirməsə də onların orqanizmi sadəcə olaraq çökməyə başlayır. Gecə yuxusuzluq, gündüz yuxuya meyillilik, əzələ atrofiyası və arıqlama başlayır. Yorğunluq, zəiflik dağdan yıxılma təhlükəsini artırır. Bu səbəbdən alpinistlər "ölü ərazi"ni bir günə keçərək son yüksəkliyə çatmağa çalışır və bunun nəticəsində alpinistlərin təhlükəli ərazilərdə növbədə yubanmaları bəziləri üçün ölümlə nəticələnir.
XƏBƏR LENTİ