11:27 Oxunub: 172

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 7,1 milyon manatlıq tenderinə yekun vurub

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC 7,1 milyon manatlıq tenderinə yekun vurub

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti (TOM və İOBM) açıq tender elanına yekun vurub.

Belə ki, tenderdə 7,1 milyon manat dəyərindəki layihənin icrası Avropa-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə həvalə olunub.

Açıq tender şərtlərinə əsasən, bu vəsait Şəki və Oğuz rayonlarında yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsinə, səth sularını layihə ərazisindən kənarlaşdırmaq üçün qapalı kollektor və suyığıcıların qurğularla birlikdə tikintisinə sərf olunacaq.
XƏBƏR LENTİ