11:07 Oxunub: 162

Bakı Şəhər İcra Hakimiyyətinin idarəsi 17,4 milyon manatlıq satınalma edib

Bakı Şəhər İcra Hakimiyyətinin idarəsi 17,4 milyon manatlıq satınalma edib
Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 17,4 milyon manat dəyərindəki tenderlərinə yekun vurulub.

Belə ki, İdarə “Stone Construction” QSC ilə ümumi dəyəri 12,9 milyon manatlıq müqavilələr bağlayacaq. Tender şərtləri üzrə şirkətdən yumşaq inventar, yataq ləvazimatları və müxtəlif növ geyimlərin alınmasına 6,3 milyon manat, körpələr evi, uşaq bağçası və uşaq evləri üçün əyani vəsaitlərin, mətbəx ləvazimatları və digər malların satınalınmasına 6,7 milyon manat sərf ediləcək.

Həmçinin, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-dən ümumi dəyəri 4,3 milyon manatlıq xidmət satın alınıb. Belə ki, yanğınsöndürən balonların doldurulması və tədbir üçün müxtəlif növ kostyumların satınalınmasına 1,5 milyon manat, eyni zamanda körpələr evi, uşaq bağçaları və uşaq evlərində maşın və avadanlıqların satınalınmasına 1,5 milyon manat, mebel və avadanlıqların alınmasına 1,3 milyon manat vəsait ayrılacaq.

Əlavə olaraq, idarə “Star Construktion-12” QSC ilə körpələr evi, uşaq bağçaları və uşaq evlərində abadlıq işlərinin aparılması üzrə 148,9 min manat dəyərində müqavilə bağlayacaq.
XƏBƏR LENTİ