13:51 Oxunub: 616

Çempionlar Liqasında ikinci finalçı bilinəcək

Çempionlar Liqasında ikinci finalçı bilinəcək
UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.

Bu gün Bakı vaxtı ilə saat 23:00-da ikinci dəfə Fransa və Almaniya təmsilçiləri üz-üzə gələcək.

Budəfəki yarımfinalda “Lion” (Fransa) – “Bayern” (Almaniya) görüşü keçiriləcək. Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq matçın nəticəsində isə cari mövsümün ikinci finalçısı bilinəcək.

Qeyd edək ki, dünən PSJ (Fransa) Almaniyanın “Leypsiq” komandasına 3:0 hesabı ilə qalib gələrək finala adlayıb.
XƏBƏR LENTİ