15:37 Oxunub: 244

Çempionlar Liqasında turun oyunçusu bəlli oldu

Çempionlar Liqasında turun oyunçusu bəlli oldu

Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun ən yaxşı futbolçusu açıqlanıb.
APA -nın məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin nəticələrinə əsasən Rahim Sterlinq turun oyunçusu seçilib.
“Mançester Siti”nin 24 yaşlı hücumçusu “Atalanta” ilə görüşdə (5:1) üç qol vurmaqla fərqlənib. O, digər namizədlər Paulo Dibala (“Yuventus”), Aleks Oksleyd-Çemberlen (“Yuventus”) və Kilian Mbappeni (PSJ) arxada qoyub.
XƏBƏR LENTİ