13:07 Oxunub: 751

Kürdə boğulan kişinin meyiti tapıldı - YENİLƏNİB

Kürdə boğulan kişinin meyiti tapıldı - YENİLƏNİB




Ötən gün Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1986-cı il təvəllüdlü Cəfərov Cəfər Sahib oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Cəfərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

23:07

Yevlax şəhəri ərazisində - “Mirvari” kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Sahib Şəhriyar oğlu Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı isə boğulub.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin dalğıc axtarış qrupu cəlb edilib.
XƏBƏR LENTİ