15:37 Oxunub: 279

Gənc musiqiçi Xəzərdə BOĞULDU - (YENİLƏNİB-FOTO)

Gənc musiqiçi Xəzərdə BOĞULDU - (YENİLƏNİB-FOTO)

Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində bir nəfər dənizdə çimərkən boğulub.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, dənizdə boğulan gənc Xaçmaz şəhər sakini, 1992-ci il təvəllüdlü Pənah Bəhramoğludur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunsa da, hələlik gəncin cəsədi tapılmayıb.

**** 09:53

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan, 1992-ci il təvəllüdlü Əkbərov Pənah Bəhram oğlunun axtarışları başa çatıb. P.Əkbərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
XƏBƏR LENTİ