11:17 Oxunub: 199

Cənubi Koreyada koronavirusa yoluxma hallarının sayı üç aylıq maksimuma çatdı

Cənubi Koreyada koronavirusa yoluxma hallarının sayı üç aylıq maksimuma çatdı




Cənubi Koreyada 113 yeni koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

Mk.ru bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına istinadla xəbər yayıb.

Həmin göstərici aprelin 1-dən Cənubi Koreyada sutka ərzində aşkarlanan yoluxma hallarının maksimum sayıdır. Yeni yoluxmaların əksəriyyəti, yəni 86-sı ölkə xaricindən gələnlərdə qeydə alınıb.

Yoluxma sayının artması iyulun 24-də İraqdan təxliyyə olunan Cənubi Koreya vətəndaşları, həmçinin, Busan şəhərinə gələn Rusiya gəmisindəki infeksiya ocağı ilə əlaqələndirilir.

Ümumilikdə, Cənubi Koreyada 14 092 yoluxma hadisəsi qeydə alınıb. 298 nəfər koronavirusdan ölüb, 12 866 xəstə sağalıb.
XƏBƏR LENTİ