18:07 Oxunub: 680

Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü

Azərbaycanda koronavirusa 513 yeni yoluxma - 8 ölü




Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.
XƏBƏR LENTİ