11:42 Oxunub: 189

Zidan “Real”ın sükanı arxasında hər 19 oyuna bir kubok qazanır

Zidan “Real”ın sükanı arxasında hər 19 oyuna bir kubok qazanır


Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan komandası ilə orta hesabla hər 19 oyundan bir yeni kubok qazanır.

Bu barədə “Sporf” yazıb.

Fransalı mütəxəssis “Real”ın sükanı arxasında 209 qarşılaşmaya çıxıb və bu müddətdə 11 müxtəlif mükafat qazanıb.

Z.Zidan “Real”la ən çox Çempionlar Liqasında qalib olub. “Kral klubu” 2016-2018-ci illərdə ardıcıl olaraq üç dəfə klublar arasında Avropanın ən nüfuzlu kubokunu əldə edib.

Xatırladaq ki, “Real” ötən gün növbəti dəfə İspaniya çempionu olub.
XƏBƏR LENTİ