17:01 Oxunub: 235

Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib

Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin və RF Təhlükəsizlik Şurasının daimi üzvləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edərək, Moskvanın vasitəçilik səylərinə hazır olduğunu qeyd ediblər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə RF prezidentinin Mətbuat xidmətinin rəhbəri Dmitri Peskov xəbər verib.

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıldı”, - deyə, o bildirib.

“Davam edən eskalasiya ilə əlaqədar həddən artıq narahatlıq ifadə edildi, tərəflərin təcili olaraq atəşkəs rejimini təmin etməsinin zəruriliyi və vasitəçiliyə hazırlıq vurğulanıb”, - deyə, Peskov əlavə edib.

Qeyd edək ki, görüşdə Rusiya parlamentinin hər iki palatasının spikerləri - Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Daxili İşlər naziri Vladimir Kolokoltsev və Xarici İşlər naziri Sergey Lavrov, FTX-nin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, həmçinin prezidentin təbiəti mühafizə, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.
XƏBƏR LENTİ