09:41 Oxunub: 216

Mevlüt Çavuşoğlu BMT-nin Təhlükəsizlik Şurasını tənqid etdi

Mevlüt Çavuşoğlu BMT-nin Təhlükəsizlik Şurasını tənqid etdi


Rəsmi Ankara BMT-nin Təhlükəsizlik Şurasının koronavirusla bağlı vəziyyətə olduqca gec reaksiya verməsini qəbuledilməz sayır və qurumun tez bir zamanda islahat edilməsinə çağırır.

“Hürriyet” xəbər verir ki, bunu aprelin 14-ü Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu qeyd edib.


“Düşünürəm ki, BMT-nin Təhlükəsizlik Şurasının koronavirusla bağlı məsələyə gec reaksiya verməsi heç kimdə şübhə doğurmur. Onlar bu məsələni xəstəlik başlayandan dörd ay sonra müzakirə etmək üçün toplaşıblar. Bu biabırçılıqdır! Həmçinin beynəxalq problemlərlə bağlı qurumun bir işə yaramadığını görürük. Təhlükəsizlik Şurasında ciddi struktur dəyişikliyi həyata keçirilməlidir”, - deyə M.Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası koronavirusla bağlı vəziyyəti aprelin doqquzu bağlı toplantıda müzakirə edib.
XƏBƏR LENTİ