12:36 Oxunub: 209

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı

"Yuventus"un futbolçusunun dördüncü testi də müsbət çıxdı
İtaliyanın “Yuventus” klubunun futbolçusu Paulo Dibalada yenidən koronavirus aşkarlanıb.

“Report” “Football Italia” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun müvafiq testi 4-cü dəfə müsbət nəticələnib.

Dibala hazırda daha intensiv müalicədən keçmək niyyətindədir. Çünki Turin təmsilçisi mayda məşqləri bərpa etməyi planlaşdırır.

Argentinalı forvard antikorların olub-olmaması üçün qan analizi verəcək. Belə bir hal aşkarlansa, həkimlər daha bir müalicə kursu təyin edəcəklər.

Qeyd edək ki, İtaliya A Seriyası XXVI turdan sonra koronavirusa görə dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. Paulo Dibala 2015-ci ilin yayından “Yuventus”da çıxış edir. Daha öncə Turin təmsilçisinin futbolçuları Daniel Ruqani və Blez Matüidi koronavirusa qalib gəlib.
XƏBƏR LENTİ