21:55 Oxunub: 246

Klubların avrokuboklarda mübarizəyə başlayacaqları vaxt açıqlanıb

Klubların avrokuboklarda mübarizəyə başlayacaqları vaxt açıqlanıb


Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat mərhələlərinə start veriləcək tarixlər açıqlanıb.

Azerbaycaninsesi.com.az xəbər verir ki, bununla bağlı UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə bu gün keçirdiyi videokonfransında razılıq əldə olunub.

Məlumata görə, cari mövsüm Çempionlar Liqasının finalı 29 avqustda keçiriləcək və bundan 16 gün sonra 2020/21 mövsümü üçün milli çempionatlar start götürəcək. Avrokuboklarda yeni mövsümün də məhz sentyabrın ortalarında başlayacağı bildirilib. Bu isə o deməkdi ki, Azərbaycan təmsilçiləri həmin tarixdən qitəmiqyaslı oyunlara çıxacaqlar.
XƏBƏR LENTİ