11:42 Oxunub: 209

Ümumdünya Karate Federasiyası sentyabrdakı yarışı da ləğv etdi

Ümumdünya Karate Federasiyası sentyabrdakı yarışı da ləğv etdi


Ümumdünya Karate Federasiyası (WKF) daha iki yarış barədə qərar verib.

Oxu.Az xəbər verir ki, 11-13 sentyabr tarixlərində CAR-ın Durban şəhərində keçirilməli olan A Seriyalı turnir koronavirus səbəbindən ləğv olunub.

Qeyd edək ki, yanvarda Çilinin paytaxtı Santyaqoda A Seriyalı turnir keçirilsə də, aprelin 2-də İstanbuldakı yarışın (19-21 iyun) ləğv edilməsi haqqında qərar verilmişdi.

WKF daha bir yarışı təxirə salıb. Xorvatiyanın Poreç şəhərində Gənclər Düşərgəsi (29 iyun – 2 iyul) və Gənclər Liqası (3-5 iyul) təxirə salınıb.

Xatırladaq ki, WKF martın 13-də Bakıda keçirilməsi planlaşdırılmış 55-ci Avropa çempionatının (25-29 mart) ləğv edildiyini açıqlamışdı.
XƏBƏR LENTİ