12:45 Oxunub: 248

Amerika kuboku da təxirə salındı

Amerika kuboku da təxirə salındı

Bu il keçirilməli olan futbol üzrə Amerika kuboku təxirə salınıb.

Qol.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) məlumat yayıb.

Səbəb kimi dünyada sürətlə yayılan koronavirus pandemiyası göstərilir. Kolumbiya və Argentinanın birgə ev sahibliyi edəcəyi Amerika kuboku bir il sonraya – 2021-ci ilin iyun ayına təxirə salınıb.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bu il Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan Avro-2020-nin də bir il sonraya təxirə salınmasına qərar verilib.
XƏBƏR LENTİ