15:46 Oxunub: 216

Çernobıldakı yanğın dünya üçün hansı təhlükə yaradır? - AÇIQLAMA

Çernobıldakı yanğın dünya üçün hansı təhlükə yaradır? - AÇIQLAMA

Ukraynanın Çernobıl bölgəsindəki meşə yanğını 10 gün sonra söndürülüb. Ukraynanın Fövqəladə Hallar Nazirliyinin açıqlamasında qeyd edilib ki, Çernobıl Nüvə Mərkəzinin 1 kilometrliyində baş verən yanğına səbəb ola biləcək üç ehtimal var: Jitomir əyalətindəki meşəlik ərazilərdəki yanğının yayılması, bölgədəki elektrik xətlərindən quru otlara qığılcımların sıçraması, yanğının qəsdən törədilməsi.

AMEA Radiasiya Problemləri İnstitutun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva məsələ ilə bağlı açıqlamasında bildirib ki, Çernobılda yanğının baş verməsi özü bir təhlükədir:
“Həmin ərazilərin yanması belə özü bir təhlükədir. Çünki orada yanan bitkilər torpaqdan radyonüklidləri özlərinə çəkir. Bitkilər yandığı zaman külü havaya qalxır, külək də onu aparıb hər yerə səpir. Bu, olduqca təhlükəlidir. Baxmayaraq ki, hadisənin baş verməsindən 30 ildən çox vaxt keçib, lakin indi də orada inəklərin südündən radiasiya tapılıb. İnəklər ərazidə bitən otlarla qidalanır. Bu baxımdan yanğın və onun ətrafa yaydığı hava kütləsi insan sağlamlığı üçün təhlükə deməkdir. O ərazidə yanğının baş verməsinin ekologiyaya da çox böyük zərəri var. Lakin Ukrayna alimləri imkan verməzlər ki, ciddi fəsadlara səbəb olsun. Əgər faciəyə səbəb ola biləcək hər hansı bir hadisə gözlənilsə, bütün dünya həyəcan təbili çalar. Çernobıl 21 dünya təşkilatının nəzarəti altındadır”.
XƏBƏR LENTİ