11:10 Oxunub: 215

Sualtı qayıqda baş verən yanğının səbəbi MÜƏYYƏN EDİLDİ

Sualtı qayıqda baş verən yanğının səbəbi MÜƏYYƏN EDİLDİ

“Rusiyaya məxsus sualtı qayıqda baş verən yanğın gəminin akkumulyator bölməsindən başlayıb”.

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Müdafiə naziri Sergey Şoyqu belə açıqlama verib:

“Hadisənin əsas səbəbi müəyyən edildi. Yanğın akkumulyator bölməsindən başlayıb və ətrafa yayılıb”.

Xatırladaq ki, hadisə iyulun 1-i Severamorsk şəhəri sahillərində Rusiyaya məxsus sularda baş verib. Yanğın nəticəsində 14 dənizçi həyatını itirib.
XƏBƏR LENTİ