16:51 Oxunub: 307

SON DƏQİQƏ: Bakının bu ərazisində güclü YANĞIN

SON DƏQİQƏ: Bakının bu ərazisində güclü YANĞIN

Bu dəqiqələrdə Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən avtoyuma məntəqəsində yanğın qeydə alınıb.

Modern.az bildirir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki briqadası və təcili tibbi yardım maşını gəlib. Yanğın qonşuluqda yerləşən dəftərxana mağazasına da keçib. Yanğın nəticəsində avtoyuma məntəqəsi tamamilə yarasız hala düşüb. İlkin məlumata görə, yanğın məntəqədə olan istifadəsiz təkərin alışmasından başlayıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ