09:58 Oxunub: 190

"İnter"dən əzmkar qələbə - Milan derbisi

"İnter"dən əzmkar qələbə - Milan derbisi

Bu gün İtaliya A Seriyasında 23-cü tura Milan derbisi ilə yekun vurulub.

Qol.az xəbər verir ki, turun son matçında çempionluğa iddialı “İnter” əzəli rəqibi “Milan”ı qəbul edib. Qonaq komanda fasiləyə 2:0 öndə getsə də, ikinci hissədə "İnter" 4 qol vuraraq əzmkar qələbə qazanıb.

"İnter" - "Milan" - 4:2
Qollar: Rebiç, 40 (0:1), İbrahimoviç, 45+1 (0:2), Brozoviç, 51 (1:2), Veçino, 54 (2:2), De Vrij, 70 (3:2), Lukaku, 90+3 (4:2)

Qeyd edək ki, bu qələbə ilə “İnter”in xalını 54-ə çatdırıb və liderliyə yüksəlib. "Yuventus" eyni xalla 2-cidir. “Milan” isə 32 xalla 10-cu pillədə qərarlaşıb.
XƏBƏR LENTİ