09:12 Oxunub: 199

17 yaşlı futbolçu "Barselona"ya qələbə qazandırdı

17 yaşlı futbolçu "Barselona"ya qələbə qazandırdı




"Barselona" La Liqada növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Kataloniya klubu 22-ci turda doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qələbə qollarını 17 yaşlı Ansu Fati vurub.

"Barselona" - "Levante" - 2:1
Qollar: Fati, 30 (1:0), 32 (2:0), Roçina, 90

Bu qələbə ilə xalını 46-a yüksəldən "Barselona" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Real" 49 xalla 1-ci, "Hetafe" 39 xalla 3-cüdür.
XƏBƏR LENTİ