09:24 Oxunub: 224

SON DƏQİQƏ: Naməlum şəxs məsciddə atəş açıb - Ölü və yaralılar var

SON DƏQİQƏ: Naməlum şəxs məsciddə atəş açıb - Ölü və yaralılar var


Çərşənbə axşamı Yəmənin cənubunda Abyan əyalətinin Lurd rayonundakı məsciddə naməlum şəxs ibadət edən insanlara atəş açıb.

Azerbaycaninsesi.com.az-ın xəbərinə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Atəş nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Telekanalın xəbərinə görə, ölənlər arasında məscidin imamı və qatilin atası da var. Cinayətkarın əqli cəhətdən xəstə olduğu iddia edilir.

Yaranan təşvişdən sonra atəş açan şəxs hadisə yerindən qaçıb. (APA)
XƏBƏR LENTİ