11:08 Oxunub: 340

Məscidə silahlı hücum - yaralılar var

Məscidə silahlı hücum - yaralılar var

Fransada məscidə silahlı hücum olub.

Azerbaycaninsesi.com.az Publika.az-a istinadan xəbər verir ki, Brest şəhərinin Pontanezen məhəlləsində yerləşən müsəlmanların ibadət evinə odlu silahdan atəş açılıb.
Nəticədə, 2 nəfər xəsarət alıb. Onlardan biri məscidin imamıdır.



Hadisədən sonra hücum edən şəxs avtomobilinə minərək qaçıb. Daha sonra o, həmin avtomobilin yanında ölü tapılıb.
Faktla bağlı araşdırma başladılıb.

Fransanın Daxili işlər naziri Xristofer Kastaner hadisə ilə bağlı sosial media hesabında verdiyi açıqlamada valilərdən ölkədəki ibadət evlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.
XƏBƏR LENTİ