12:31 Oxunub: 271

Bakıda ən hündür "yolka" nə vaxt qurulacaq? - RƏSMİ

Bakıda ən hündür "yolka" nə vaxt qurulacaq? - RƏSMİ

Bakı şəhər İcra Hakimiyyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq tədbirlərini davam etdirir.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq icra hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub, paytaxt ərazisində bayram əhval-ruhiyyəsi yaradılıb:

“Əlavə olaraq rayon ərazilərində bayram əhval ruhiyəsinin ən yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı şəhərinin rayon icra hakimiyyətlərinə tərəfimizdən müvafiq tövsiyələr verilib”.

Məlumatda bildirilib ki, bu il "Azadlıq" meydanında "Formula 1" yarışlarının konstruksiyalarının mövcudluğuna görə şam ağacı qurulması mümkün olmayıb:

”Neftçilər prospekti boyunca və “Azneft” dairəsində isə dekorasiya işləri tamamlanmaq üzrədir”.

Həmçinin qeyd edilib ki, Bakının ən böyük "yolkası"nın artıq “Azneft” dairəsində quraşdırılmasına başlanılıb.

Xatırladaq ki, 2018-ci ildə Bakının ən hündür yolkası "Azadlıq" meydanında, 2017-ci ildə isə Dənizkənarı bulvarda quraşdırılmışdı.
XƏBƏR LENTİ