12:12 Oxunub: 249

Gədəbəyin sabiq icra başçısının cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub

Gədəbəyin sabiq icra başçısının cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov barəsində cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub.

"Report"un məlumatına görə, Gədəbəy Rayon Məhkəməsində hakim Marif Kazımovun icraatında olan iş üzrə hazırlıq iclası avqustun 18-ə təyin edilib.

Qeyd edək ki, R.Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham edilir.

Bu iş üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.
XƏBƏR LENTİ