16:05 Oxunub: 249

Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir

Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib. Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Anews.az-in xəbərinə görə, "Virtualaz.org”a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum - APA media holdinqi və Real TV müraciət edib.

Həmçinin məlum olub ki, Milli Qəhrəmanın qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün "İNS ÇM” MMC təsis edib.
XƏBƏR LENTİ