16:32 Oxunub: 238

"Azərbaycan təyyarəsini Rusiya vurub" - AÇIQLAMA

"Azərbaycan təyyarəsini Rusiya vurub" - AÇIQLAMA

"MiQ-29 təyyarəsi radio elektron qurğularla sıradan çıxarılıb”

Bu sözləri anews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, təyyarəmiz kənar müdaxilə ilə sıradan çıxarılıb.

"Bir saat əvvəl çox etibar etdiyim mənbədən məlumat gəldi. Məlumata əsasən, bu günlərdə Rusiyanın Xəzər dənizində hərbi təlimləri baş tutub. Təlimlər radio-elektron qurğularlarla bağlı olub. Məlumata görə, Azərbaycan təyyarəsini Rusiya vurub”, - deyə hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspert deyir ki, necə olur ki, 3 MiQ-29 təyyarəsi eyni anda bir-birlərinə yaxın formada uçuşur, onların ikisi ilə bağlı heç bir problem olmur, amma biri gözlənilmədən sıradan çıxır?

"Sıradan çıxan təyyarəmizi Rusiya radio-ekeltron cihazlarla sıradan çıxardıb, Xəzər dənizinə salıb. Təcili Rusiyaya sorğu göndərilməli və cavab tələb edilməlidir”, - deyə hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Üzeyir Cəfərov onu da əlavə edib ki, pilotun 24 saat ərzində tapılmaması üzərindəki radarların işlək vəziyyətdə olmamasından qaynaqlana bilər.

Onun sözlərinə görə, hər bir pilotun üzərində radarlar olur vəo radarların köməkliyi ilə bir neçə saata müəyyən etmək olur.

Ekspert deyir ki, görünür radarlar ya işlək vəziyyətdə olmayıb, ya da sıradan çıxarılıblar.

Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirdi ki, məsələdən məlumatsızdırlar və araşdırılacaq.

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Sonradan Xəzərə düşən hərbi təyyarəmizin tapılması ilə bağlı məlumat yayılsa da, təyyarənin pilotu polkovnik-leytinant Rəşad Atakişiyevin taleyi ilə bağlı heç bir məlumat yoxdur.
XƏBƏR LENTİ