14:24 Oxunub: 246

Sıravi vətəndaşlar hərbi forma GEYİNMƏSİN! - YENİ TƏKLİF

Sıravi vətəndaşlar hərbi forma GEYİNMƏSİN! - YENİ TƏKLİF

Mülki şəxslərin gündəlik həyatda hərbi formadan istifadə etməsi normaldırmı?

Bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Bəzi insanlar hərbi formadan istifadə edərək, orduya dəstək olduqlarını nümayiş etdirmək istəyirlər. Lakin mənəvi və qanuni haqqı çatmayan şəxslərin hərbi formadan istifadə etməsinə yanaşma birmənalı deyil.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirib ki, hərbi formaların mülki şəxslər tərəfindən istifadə edilməsi təəssüf hissi doğurur:

“Vətən müdafiəçisi hərbi forma geyinib, düşmən qarşısına çıxdığı üçün bu forma müqəddəsdir. Ona görə də hərbi formalara xüsusi yanaşmaq lazımdır. Təəssüf ki, bu gün yerdi-yurdu bilinməyən mülki şəxslər belə hərbi formadan istifadə edir. İnsanların hərbi formaya marağının yüksək olması baxımından bu addım müsbət haldır. Lakin mənfi tendensiya odur ki, hərbi forma işçi forması kimi qəbul olunur. Yəni, heyvan oturan mülki şəxs bu formaya işçi paltarı kimi yanaşır. Bu gün avtomobil təmiri emalatxanalarında, küçə işlərində, rayon və kəndlərdə sıravi vətəndaşlar müxtəlif yollarla əldə olunan hərbi formalardan istifadə edirlər. Bu kimi hallar hərbi formalar gözdən salır.



Hərbi Polis İdarəsi bu məsələyə ciddi nəzarət etməlidir

Bir müddət öncə hərbi hissələrdə güc strukturları hərbi formalara xüsusi münasibət sərgiləyirdi. Belə ki, təxris olunan əsgərlərin sonradan hərbi formadan istifadə etməyəcəyi halda formanı təhvil verməsi tapşırılırdı. İctimaiyyət bu yanaşmanı sərt qarşıladı və əsgərlərin geyimlərinin əlindən alınması kimi qəbul etdi. Məsələnin mənfi tərəfə yozulmaması üçün əsgərlər hərbi formaları ilə təxris olundu. Habuki cəmiyyətin hərbi formalara yanaşması fərqli olmalıdır. Buna görə də Hərbi Polis İdarəsinin əməkdaşları hərbi forma geyinən şəxslərə qarşı bir qədər tələbkar olmalıdır. Bu forma şəhidlərin, vətən üçün canını verən insanların ailələrində, tədbirlərdə və ya muzeylərdə ən əziz eksponat kimi təqdim olunmalıdır. Digər ölkələrdə hərbi formalar və ya əsgərlərə məxsus geyimlərin hansısa elementi ən doğma yadigar kimi saxlanılır. Ölkəmizdə də bu yanaşmanın formalaşması zəruridir. Hərbi formanın lazımi şəkildə dəyəndirilməsi nə ehtiyac var.

Hərbi formadan istifadə qanuni şəkildə müəyyən edilməlidir.

İndiki şəraitdə hərbi formaya münasibət ürəkaçan deyil. Təkcə aiddiyyatı qurumlar deyil, deputatlar da hərbi formadan istifadə ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsinə can atmalıdır. Hərbi forma yalnız müstəsna hallarda fiziki şəxslər tərəfindən geyinilə bilər. Şəhid ailələri, veteranlar, ehtiyata buraxılan şəxslər hərbi formaya xüsusi hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, bu məsələ ilə bağlı 1-ci Qarabağ savaşı veteranı,ehtiyatda olan zabit Abuzər Əbilov Müdafiə Naziri Zakir Həsənova, DTX-nin rəisi Əli Nağıyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edib. O, hərbi formaların müxtəlif insanlar tərəfindən tikintilərdə, avtotəmir yerlərində, məişət işlərində və bir sıra kirli obyektlərdə geyinilməsinin qarşısının alınması ilə bağlı xahiş edib.
XƏBƏR LENTİ