15:21 Oxunub: 261

"Vurub öldürüm yazığı?" - Elnarədən Nigara cavab

"Vurub öldürüm yazığı?" - Elnarədən Nigara cavab

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camalın onu tanımamasına cavab verib.
Axşam.az xəbər verir ki, xanəndə "Show news" verilişinə açıqlamasında özünün də Nigarı tanımadığını deyib:

"Nə edim, gedim vurub öldürüm yazığı? Tanımır da. Mən də onu belə tanımıram. Hələ bir soruşun muğan ifaçıları kimisə bəyənir, ya yox? Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirın bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil. Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir".

XƏBƏR LENTİ