14:24 Oxunub: 238

"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA

"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA


"Mənim agzımdan söz çıxmır, mən sözü deyirəm".

Bu sözləri Sonxeber.az -a açıqlamasında əməkdar artist, xanəndə Elnarə Abdullayeva deyib:

"On ilə yaxındır o söhbət olub. Hazırda həkimdəyəm, danışa bilmirəm. O söhbət mənimçün maraqlı deyil. Heç cavab da vermək istəmirəm."

Qeyd edək ki, ötən gündən bəri xanəndənin "xanımdan aşıq olmaz" fikrinə münasibət bildirən sənətçilər arasında aşıq Ulduzun qızı aşıq Sədaqət də olub. Xanım sənətçi bu sözün əvvəllər də Elnarə xanım tərəfindən deyildiyini bildirərək, təkrar edilməsini düzgün saymayıb və bunu Elnarə xanıma yaraşdırmayıb:

"Bir dəfə də belə bir söhbət olmuşdur. O zaman anam Elnarəyə deyəndəki, bu nə sözdür? O zaman Elnarə xanım ağzımdan çıxıb demişdir. Elnarə xanım sənətkardır. O, bu sözü deməməlidir".

Bundan əlavə aşıq Samirə, aşıq Telli və aşıq Ulduz da bu fikrə münsibət bildiriblər. Aşıq Samirə isə deyilən sözə gülüb küçməklə "reaksiya" verib:

" Gülürəm o sözə. Vessalam. Yox bir hələ "əşşi" hələ bir imtahan da verəcəm"
XƏBƏR LENTİ