16:53 Oxunub: 283

Lavrov Qarabağ münaqişəsini müzakirə etmək üçün Yerevana gedir

Lavrov Qarabağ münaqişəsini müzakirə etmək üçün Yerevana gedir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11-də Yerevana rəsmi səfər edəcək.

Oxu.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O bildirib ki, S.Lavrov Ermənistanın Baş naziri, Prezidenti, Xarici İşlər naziri ilə görüşəcək.

Onun sözlərinə görə, Rusiya-Ermənistan arasında ikitərəfli əməkdaşlığın geniş spektri, regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə ediləcək.
XƏBƏR LENTİ