14:57 Oxunub: 228

"Beynəlxalq təşkilatlar Dilqəm və Şahbazın azad edilməsini 1-2 həftənin içində həll etməliydi"

"Beynəlxalq təşkilatlar Dilqəm və Şahbazın azad edilməsini 1-2 həftənin içində həll etməliydi"

"Bu insanlar hansı zülmlərlə yaşayıblar bizə məlum deyil, amma onlar dəyişdirilsə, hamımız sevinərik..."

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərob və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında bildirib ki, əslində Dilqəm və Şahbaz həbs olunan vaxt azad edilməliydi və onlar bu qədər işgəncələrə məruz qalmalı deyildirlər:

"Dilqəm və Şahbaz həbs ediləndə beynəlxalq təşkilatlar bunu həmin vaxt, bir-iki həftənin içində həll etməliydi. Bir halda ki, Qarabağ, Ermənistan-Azərbaycan münasibətləri beynəlxalq səviyyədə həll olunur, əsir və girovların məsələsi də bu şəkildə həllini tapmalıdır. Onlar Ermənistan ərazisinə keçməyiblər, Azərbaycan torpaqlarında, öz ata-baba yurdlarında əsir götürülüblər. Bunun özü bir cinayətdir və bu məsələ çoxdan həll olunmalıydı. Bu insanlar nə cəza görüblər, hansı zülmlərlə yaşayıblar, bizə məlum deyil, amma onlar dəyişdirilsə, hamımız sevinərik".

Qeyd edək ki, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binası qarşısında Dağlıq Qarabağda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib.
XƏBƏR LENTİ