10:37 Oxunub: 248

Bakıda bir ailənin bütün üzvləri qazdan zəhərləndi

Bakıda bir ailənin bütün üzvləri qazdan zəhərləndi

Bakıda bir ailə qazdan zəhərlənib.

Səhiyyə Nazirliyindən Anews.az-a daxil məlumata görə, Təcili Tibbi Yardıma müraciət səhər saat 5 radələrində daxil olub. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç. 48 ünvanında yaşayan bir ailənin 4 üzvü - ata, ana,7 yaşlı qız və 5 yaşlı oğlanları dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
XƏBƏR LENTİ