17:03 Oxunub: 259

Bakıda güclü külək nəticəsində xəsarət alan var

Bakıda güclü külək nəticəsində xəsarət alan var

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üstünə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti orta ağırdır.
XƏBƏR LENTİ