16:44 Oxunub: 261

İran səfiri Rusiya XİN-ə çağırıldı

İran səfiri Rusiya XİN-ə çağırıldı

İranın Rusiyadakı səfiri Mehdi Sənai Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

M.Zaxarova bildirib ki, səfir rusiyalı jurnalist Yuliya Yuzikin Tehranda saxlanılması ilə əlaqədar XİN-ə dəvət edilib.

Qeyd edək ki, rusiyalı jurnalist Yuliya Yuzik dünən Tehranda saxlanılıb. Rus jurnalist İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edilir.
XƏBƏR LENTİ